Əlaqə Arxiv
news Image
2014.07.18
11:56
| A A A
Azərbaycanda mal-qara keçidi tikilir (FOTO)
Bakı-Şamaxı yolunda 2 körpü və 6 yerüstü keçidin nəzərdə tutulub

Bakı-Şamaxı yolunda yeni yol tikintisi davam edir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin anspress-ə verdiyi məlumata görə, ümumilikdə torpaq işlərinin 40%-i yerinə yetirilib.


"25 ədəd dairəvi boru tikilib. Tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Ərazidə tikintisi aparılan körpülərdən birində sıvayların tikintisi başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11, 5 m olacaq", - deyə Pünhan Mürsəliyev bildirib.


Qeyd edək ki, Bakı-Şamaxı yolunun 45/91 km-lik hissəsində əlavə iki zolaq tikilməklə, dörd hərəkət zolağına çatdırılacaq. Yol boyu 68 ədəd dairəvi, 9 ədəd düzbucaqlı boru, mal-qara keçidi, 2 körpü və 6 yerüstü piyada keçidi nəzərdə tutulub. Tikinti işləri 2015-ci ildə başa çatacaq.


Sizin Reklam Yeriniz