news Image
2014.07.18
13:40
| A A A
Azərbaycan Dünya Donor Bankına daxil ola bilər
Rauf Rzayev: "Bunun üçün bu sahə üzrə 100-ə yaxın əməliyyat aparmaq lazımdır"

Azərbaycan sümük iliyi transplantasiyası ilə bağlı donor problemini həll etmək üçün Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır.  Movqe.az-ın məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin  direktoru Rauf Rzayev bu gün keçirilən mətbuat konfransında bildirib ki,  donorlar şərti olaraq, qohum və qeyri-qohum donorlara bölünür. Azərbaycanda mərkəz tərəfindən ilk dəfə olaraq, 3 sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib. Bu əməliyyatların hər üçündə qohum donorlardan alınan sümük iliyinin köçürülüb. 

R.Rzayevin sözlərinə görə, lakin elə vəziyyət ola bilər ki, sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardası sağlam olamaya bilər. Bu halda dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Hazırda həmin bankda 25 milyona kimi potensial donor var :" Həmin donor bankında olan donorların sümük iliyindən istifadə olunur. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır.  Azərbaycan hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata daxil olmaq üçün həmin ölkədə bu sahə üzrə 100-ə yaxın əməliyyat aparmaq lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs