Əlaqə Arxiv
news Image
2014.07.18
17:45
| A A A
"Sovetski"də 686 ev sökülüb
"Sovetskidə bu gün artıq 3450 yaşayış və qeyri yaşayış sahəsində ölçmə işləri aparılıb".
Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
İcra başçısının müavini 2 min "sovetsiki" sakininin isə alqı-satqı işləri ilə bağlı Komissiyaya müraciət etdiyini deyib.
"1506 mülkiyyət sahibi ilə razılaşma protokolu imzalanıb. 1384 sakininin bankdakı hesabına artıq pullar köçürülüb".
Səməd İslamov qeyd edib ki, "Sovetski" adlanan ərazidə artıq 686 mənzil və qeyri yaşayış sahəsi sökülüb:
"Evlərinin satılması ilə bağlı müraciət edən insanların sayı artıb. İlin əvvəlində insanların müəyyən tərəddüdləri var idi. Artıq vətəndaşlar onlar üçün hər cür şəraitin yaradıldığını gördülər. Vətəndaşların öz iştirakı ilə ölçmə işləri aparılır. Onların narazılığı olan halda yenidən ölçmə işləri aparılır. Bütün məsələlər aydın olduqdan sonra protokollar imzalanır"
Sizin Reklam Yeriniz