news Image
2014.07.18
17:50
| A A A
Litva prezidenti: “Azərbaycan energetika sahəsində Avropa Birliyinin önəmli tərəfdaşıdır”

Litva prezidenti Dalya Qribauskayte Azərbaycana yeni təyin olunan səfir Valdas Lastauskasa etimadnamələri təqdim edib.Movqe.az-ın Litva prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı D. Qribauskayte səfir V. Lastauskasla Litva-Azərbaycan iqtisadi əməkdaşlığı, habelə Azərbaycanın Avropa Birliyi ilə daha sıx əlaqələrin inkişaf imkanlarını müzakirə edib.

Litva prezidenti qeyd edib ki, Azərbaycan iqtisadi əlaqələrin inkişafı və energetika sahəsində Avropa Birliyinin önəmli tərəfdaşıdır. Ölkəsinin Azərbaycana Avropa Birliyi ilə daha sıx əlaqələrin qurulmasında yardım göstərməyə hazır olduğunu deyən D. Qribauskayte bildirib ki, Litva Azərbaycanla vizasız rejimin tətbiqinə dair danışıqları dəstəkləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs