news Image
2014.07.19
23:13
| A A A
Qəzzada ölü sayı 280 oldu
Qəzzada baş verən hərbi əməliyyatlar zamanı ölənlərin sayı 280-ə yüksəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , İsrail ordusunun quru hərəkatına başladığı vaxtdan bəri 30 nəfər həlak olub. Ölənlər arasında körpə uşaqların olduğu da bildirilir. Yaralı sayı isə 2 min civarındadır.

8 iyuldan bəri gedən döyüşlərdə İsrail tərəfidən 1 vətəndaş və 1 əsgərin öldüyü açıqlanıb.

Qeyd edək ki, İsrail höküməti ordudakı əsgərlərin sayının 65 minə yüksəldərək yeni əməliyyatların ola biləcəyi siqnalını verib.

BMT baş katibi Pan Gi Mun isə İsrailin Qəzzaya təşkil etdiyi hücum səbəbiylə bu gün bölgəyə səfər edəcək. Panın səfərinin məqsədi İsrail və Fələstin xalqları arasında həmrəyliyə nail olmaq və sülh əldə edilməsini təmin etməkdən ibarətdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs