Əlaqə Arxiv
news Image
2014.07.20
10:30
| A A A
İsrailli mühəndisdən qəribə açıqlama (VİDEO)
İsarilin Təhlükəsizlik Mükafatı laureatı Mordexay (Moti) Şefer hesab edir ki, İsrail ordusunun "Dəmir Dəbilqə" raketdən müdafiə sistemində heç bir faydası olmadığını və onun raketlərin qarşısı aldığı xəbərlərinin yalan olduğunu deyir. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, o, raketlərin göydə vurulmasını uydurma adlandırıb. Moti bununla İsraili bütün dünyanı yalana sövq etmə vəzifəsini daşıdığını qeyd edib.

Müdafiə sektorunda bir layihəçi- mühəndis kimi çalışan Şefer hesab edir ki, "Sarsılmaz qaya" əməliyyatı günlərində "Dəmir Dəbilqə" haqqında skeptisizmin daha da artıb. Onun sözlərinə görə, Qəzzadan atılan qüsurlu raketlər özləri havada partlayır və yalnız adi insanlar bunu İsrail Raketdən Müdafiə Sisteminin uğuru hesab edə bilər.

Mordexay Şefer "Dəmir Dəbilqə"ni ziyanı xeyrindən çox olan psixoloji silah adlandırır. "O ki, qaldı raketlərin atılması zamanı itkinin olmamasına, burфda hər bir israillinin evində qurulan sığınacaq otaqlarının rolu var. Bundan əlavə yalnız 5 faiz fələstin raketi real zərər verməyə qadirdir. Bu da raketin məhz hansısa evin və ya avtomobilin və ya insanın birbaşa üstünə düşdüyü təqdirdə baş verə bilər" - deyə Şeffer bütün stereotipləri məhv edir.

Qeyd edək ki, İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, "Dəmir Dəbilqə" Həmas tərəfindən atılan 600-dən çox raketin 149-nun qarşısını alıb və atəşlərin səmərəliliyinin 90 faizə doğru artması müşahidə olunur.

Mənbə
Sizin Reklam Yeriniz