news Image
2014.07.21
11:57
| A A A
Hüquq müdafiəçisi qəzet açır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi qəzet nəşr edəcək. Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, iyul ayının 23-də qəzetin ilk nömrəsi nəşr olunacaq: ""Qanunun səsi" adlı qəzet nəşr etməyi qərara almışıq. Qəzet ayda iki dəfə çıxacaq. Qəzetdə komitəyə edilən şikayət və müraciətlər, keçirdiyimiz monitorinqlərlə bağlı məqalələr dərc olunacaq. Qəzetin həmtəsisçiləri Qəribağa Novruzov və Nizami İbrahimovdur. Nizami İbrahimov həm də qəzetin baş redaktoru olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs