Əlaqə Arxiv
news Image
2014.07.21
13:51
| A A A
Yevlax sakini özünü Kürdə boğmaq istəyib

Ötən gün Yevlax şəhərində bir nəfər özünü öldürmək istəyib. Rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, şəhər sakini Orxan Məmmədov özünü körpüdən Kür çayına atmaq istəyib.


Hadisə yerinə cəlb olunan xilasedicilər və hüquq mühafizə orqanları əməkdaşlarının cəhdi nəticəsində Orxan Məmmədov fikrindən daşınıb.


İlkin ehtimala görə, O.Məmmədov borclu olduğu üçün özünü öldürmək istəyib.


Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz