news Image
2014.07.21
16:47
| A A A
Orxan Zeynalovun son sözü: "Mən öldürməmişəm"
Məhkəmə qətldə ittham edilən azərbaycanlıya son söz imkanı verib

Moskva Şəhər Məhkəməsində Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə istintaqı baş tutub. Anspress-in məlumatına görə, məhkəmə zamanı Orxan Zeynalova son söz demək üçün imkan verilib. 


Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov ittihamlardan qəti olaraq imtina edib: "Yeqor Şerbakovu mən öldürməmişəm. Bütün danışılanlar yalandır. Mən hadisə zamanı orada olmamışam. Biryulova bazarını bağlamaq istəyirdilər, məni də ona görə tutdular". Orxan Zeynalov hakimdən onu cəzalandırmamağı xahiş edib. Zeynalovun özünü müdafiəsi bir tərcüməçi vasitəsi ilə tərcümə edilib. 


Qeyd edək ki, 25 yaşlı Şerbakov 10 oktyabr 2013-cü il tarixində öldürülüb. Bu hadisədən sonra hadisə baş verən bölgədə kütləvi ixtişaşlar başlayıb. Biryulyevo sakinləri cinayəti araşdırılmasını və əsasən miqrantların işlədiyi yerli tərəvəz bazasını ləğv etməyi tələb ediblər. İstintaqın nəticəsinə görə, azərbaycanlı Orxan Zeynalov şübhəli qismində saxlanıb. Onun məhkəmə prosesi isə 30 iyunda başlayıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs