Əlaqə Arxiv
news Image
2014.07.23
10:35
| A A A
Cəbhədə atəşkəs növbəti dəfə pozulub
Sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub

Cəbhədə atəşkəs yenidən pozulub. 


Müdafiə Nazirliyindən anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz