news Image
2014.07.23
11:24
| A A A
ETSN: Hirkan Milli Parkında yanğın tam söndürülüb

İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisində başlamış, sonradan külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçmiş yanğın bu gün səhər saat 10 radələrində söndürülüb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova movqe.az-a açıqlamasında bildirib ki, yanğını ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürmək mümkün olub. İlkin hesablamalara görə, Milli Parkın 2,5 hektar ərazisinə ziyan dəyib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyiliyinin 23 A dolayında yanğın lokallaşdırılsa da közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.

Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib. Hazırda ETSN-in150-dək əməkdaşı, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi közərtilərin tam olaraq söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs