news Image
2014.07.23
12:13
| A A A
SOCAR-ın Ukraynada 6-cı YDM-si açıldı

Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi açılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) movqe.az-a verilən məlumata görə, Uman şəhərinin girişində "Sofiyevka" dendrologiya parkının qarşısında yerləşən YDM SOCAR-ın Çerkassk vilayətində sayca altıncı məntəqəsidir. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM "Nano" benzinləri və TM "Nano" dizel yanacağı təklif olunur.

YDM ərazisində iki yanacaqpaylama qurğusu, kafe və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər də göstərilir. Avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet kimi xidmətlər pulsuz təqdim olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs