Əlaqə Arxiv
news Image
2012.07.09
14:36
| A A A
Gürcüstan Rusiyaya yardım təklif edib

Movqe.az xəbər verir ki, Gürcüstan Rusiyanın cənubundakı Krasnodar bölgəsində ən az 171 adamın ölümü ilə nəticələnən sel fəlakəti üçün Moskvaya kömək təklifini irəli sürüb.  Gürcüstan prezidenti Mixail Saakaşvili sel fəlakətində ölənlər üçün başsağlığı verib.  Gürcüstan prezidenti  Moskvanın icazə verməsi təqdirdə  gürcü axtarış qurtarma qruplarının bölgəyə göndərilməsi təlimatını verib. Rusiyanın Qaradəniz sahili Krasnodar bölgəsində baş verən sel fəlakətində ən az 171 adam həlak olub. 9 iyul ölkədə yas elan edilib. Xatırladaq ki, 2008-ci ilin avqustunda baş verən 5 günlük rus - gürcü müharibəsindən sonra 2 ölkə arasındakı diplomatik əlaqələr kəsilmişdi.

Sizin Reklam Yeriniz