news Image
2014.07.23
14:35
| A A A
Təmir işləri aparan kişi hündürlükdən yıxılaraq öldü

Ötən gün Göygöl rayonunda bədbəxt hadisə baş verib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bağbanlar kəndində baş verib.


Belə ki, kənd sakini Namiq Qasımov hündürlükdən yıxılıb. O, ağır yaralanıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.


Araşdırmalar zamanı N.Qasımovun təmir işləri apararkən ehtiyatsızlıqdan yıxıldığı məlum olub.


Faktla bağlı araşdırma aparılr.