news Image
2014.07.23
16:06
| A A A
Məcburi köçkünlər BQXK-nin qarşısına toplaşdı (VİDEO)
Ermənistan tərəfinin Kəlbəcərdə girov saxladığı azərbaycanlıların aqibətinə aydınlıq gətirməməsi ölkədə etirazlarla nəticələnib. ANS TV-nin məlumatına görə, ötən gün Bərdə də baş tutan aksiyanın ardınca, bir qrup Kəlbəcər sakinləri Beynəlxalq Qızıl Xaç komitəsinin Bakı nümayəndəliyinin qarşısında etiraz edib. 
Əllərində Azərbaycan bayrağı və girov götürülənlərin şəklini tutan məcburi köçkünlər Qızıl Xaç Komitəsini fəaliyyətsizlikdə, bu müddət ərzində heç bir iş görməməkdə ittiham edib. Öz doğma torpaqlarında girov düşən vətəndaşlarımıza azadlıq tələb ediblər. Qətnamənin oxunmasından sonra, 4 nəfər nümayəndə Qızıl Xaç Komitəsində qəbul olunub. Komitədən əmin edilib ki, hazırda girovlarla görüş üçün danışıqlar gedir, həmçinin girov düşən 3 nəfər Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun sağ-salamat olması barədə məlumatlar dəqiqləşdirilir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs