Əlaqə Arxiv
news Image
2014.07.24
10:55
| A A A
Millət vəkili əsgərlərlə (FOTO)
Qazaxda ön cəbhədə yerləşən hərbi hissədə Qənirə Paşayevanın kitablarının imzalanması mərasimi keçirilib. Movqe.az xəbər verir ki, millət vəkilinin Ermənistanla 168 km məsafədə yerləşən Qazax rayonunda ön cəbhədə əsgər və hərbiçilərimiz üçün kitablarının imzalanma mərasimi təşkil edilib.

"Ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!" - deyə, xanım Paşayeva bildirib.

O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa məlumat verdikdən sonra onlarla cəmiyyətdə kitab oxumağa meyilliyin artmasının vacibliyi barədə fikir mübadiləsi də aparıb. Maraqlı keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva kitablarının təqdimatı və imzalanma tədbirlərinin onun üçün böyük məna daşıdığını vurğulayıb.

"Qazağın bir neçə kəndinin də Ermənistanın işğalı altında olmasının böyük üzüntü olması barədə danışan millət vəkili Qənirə Paşayeva inşallah yaxın günlərdə bu cür tədbirləri, təqdimat və imzalanmaları Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda, o cümlədən Qazağımızın o gözəl kəndlərində də qeyd edə bilək" - deyə millət vəkili bildirib.

Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin rəhbərliyi bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox dəyərli olacağını söyləyib.
Sizin Reklam Yeriniz