Əlaqə Arxiv
news Image
2014.07.24
12:40
| A A A
Vaqif Əsədov: "Yük maşınlarının törətdiyi qəzalarda ölənlərin sayı artıb"

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük maşınlarının iştirak etdiyi yol qəza hadisələrinin sayı azalsa da, çox təəssüflər olsun ki, ölənlərin sayı artıb. Bu da çox ciddi narahatlıq doğurur".


Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. 


Onun sözlərinə görə, yük maşınlarının iştirak etdiyi yol-qəza hadisələri həm paytaxda, həm də bölgələrdə qeydə alınır.


O ağır tonnajlı yük avtomobillərinin qadağan olunmuş saatlarda Bakının küçələrində hərəkət etməsinə də aydınlıq gətirib: "Strateji, dövlət əhəmiyyətli tikintilərdə istifadə olunan yük maşınları ilə digər yük avtomobillərini səhv salmaq olmaz. Yük maşınlarının hərəkətinə qadağa qoysaq, yeraltı tunellərin, körpülərin tikintisi necə aparılacaq? Yükgötürmə qabiliyyəti 5 tondan yuxarı olan yük avtomobillərinin şəhərdə hərəkəti qanunla tənzimlənir, bu da yalnız xüsusi buraxılış vərəqələri ilə mümkündür. Yəni şəhərdə işləyən yük maşınlarına buraxılış vərəqələri verilir. Onların hərəkəti üçün marşrut və saat göstərilir".


Şöbə rəisi deyir ki, belə avtomobillərin iştirakı ilə baş verən qanunsuzluqları, qəzaları minimuma endirmək olar:


"İnsan olan yerdə hadisə qaçınılmazdır. Amma mövcud şərait deməyə əsas verir ki, bu hadisələri minumuma endirə bilərik. Burada siz jurnalistlərin üzərinə də çox böyük vəzifə düşür. Sizlər də təbliğat aparmalısınız. Bundan başqa, yol hərəkəti qaydalarına riayət etmək mədəniyyəti yüksəlməlidir".


Sizin Reklam Yeriniz