Əlaqə Arxiv
news Image
2014.07.24
15:41
| A A A
Nazirlik cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 182 akt və protokol tərtib etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyulun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə aparılmış araşdırmanın nəticələri açıqlanıb.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün 41 müddətli "məcburi göstəriş" verilib.


Ümumilikdə 49 iş üzrə 66095 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 96261.39 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 187 iş üzrə 30907.5 manat məbləğində ödəmə tətbiq edilib.


Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 25, məhkəmələrə isə 3 iş göndərilib.

(Anspress)

Sizin Reklam Yeriniz