news Image
2014.07.24
14:47
| A A A
Fərdi təhsilə aid tədris planında dəyişiklik ediləcək

Təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmri imzalayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, yeni əmrə əsasən uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər" təsdiq ediləcək.


Tədris planına dair qeydlər isə bunlardan ibarətdir:


1. Bu tədris planı Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"a uyğun olaraq, uzun müddət təhsildən kənarda qalmış şəxslərin təhsilinin təşkilini tənzimləyir.


2. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsini təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.


3. Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. 


4. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.


5. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs