news Image
2014.07.24
10:00
| A A A
İnkişaf Masallı sakinlərin birliyindən yaranır

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin  tapşırıq və göstərişlərinə əsasən yerlərdə görüş-qəbullarını davam etdirir.  O, belə görüşlərdə kəndin problemləri və  sosial  məsələləri  ilə  maraqlanır,  yerindəcə həlli araşdırılır. Növbəti dəfə, iyulun 16-da da R.Hüseynovla Sərçuvar  kənd  inzibati  ərazi  dairəsində keçirdiyi səyyar-qəbul görüşdə rayonun bütün idarə, müəsissə və təşkilat rəhbərləri kəndin mərkəzinə toplaşmışdır.Görüşdə ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bir vacib məsələni bildirək ki, rayon rəhbəri şlədiyi müddət ərzində bir neçə dəfə bu ərazidə olmuş, əhalinin qayğıları ilə  yaxından tanış olmuş, Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun doğulduğu evdə valideynlərinin qonağı olmuşdur.

Belə ki, keçən ilin oktyabrında, Səfərəli Məmmədovun doğum günündə ev müzeyinin açılışında olub, Azərbaycanın 11 nəfər ilk Milli Qəhramanlarından birinin 50 illik yubileyi ilk olaraq böyüyüb boya- başa çatdığı Sərçuvarda, adını daşıdığı məktəbdə qeyd edilib.

Anım günü qəhrəmanın adına salınan ev muzeyində davam etdirilib. RİH başçısı Rafil Hüseynov və şəhidin valideyinləri muzeyin rəmzi açılış lentini kəsib, muzeyə vurulan xatirə lövhəsinin açılışını ediblər. Daha sonra muzeylə tanışlıq olub, şəhidin istifadə etdiyi əşyalara baxılıb.

Qeyd edək ki, şəhid Səfəralı Məmmədov 1990 – cı illərdə, Ağdam rayon daxili işlər şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992 – ci ilin fevral ayının 16 – da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib...

Sərçuvar və Sirəbil kəndinin sakinləri ilə görüşü açan R.Hüseynov demişdir:

-Respubilkamızda  yüksək  inkişaf  və  tərəqqinin  əsası  Heydər  Əliyev  tərəfindən  qoyulmuş  Azərbaycan  Prezidenti  Cənab  İlham  Əliyevin  uğurlu  xarici  və  daxili  siyasəti sayəsində davam  etdirir.  Azərbaycan  dövləti  dünyanın  yüksək  inkişaf  edən  ölkələrindən  birinə  çevrilir  və  ölkə  rəhbərinin  səyi  nəticəsində  hər  yerdə  geniş  tikinti  işləri  surətlə  aparılır,  Bakı  tanınmaz  olur.  Keçmiş  sovetlər  dövründə  bu  kəndlər  diqqətdən  kənarda  qalmışdır.  Düzdür,  Sərçuvar, Sirəbil vaxtilə tərəvəzçilik və maldarlıq sahəsində qabaqda olmuşdur.İndi  bu ərazi  hamımızın  fəxri,  Qarabağ  müharibəsinin  cəsur  döyüşçüsü, Azərbaycanın  Milli  Qəhrəmanı  Səfəralı  Məmmədovun  və  daha  iki  şəhid  vermiş Niyaz İsabala oğlu Səmədov və Elşən Gülağa oğlu Eyvazovun kəndidir.

Kənd sakinlərindən Adəm Məhərrəmov, Yolbəyi Məhərrəmov və başqaları çıxış edərək bir neçə dəfə onlarla görüşə gəldiyinə görə rayon  rəhbərinə  təşəkkürü  bildirmiş, Masallı  rayonunda və onun bütün kəndlərində quruculuq abadlıq işlərindən razılıq etmişlər. 

Sərçuvar kənd bələdiyyəsinin mavini Mirhüseyn Hüseynov dedi:

 -  Ərazimizə xoş gəlmisiniz.Yaşadığım Sirəbil kəndində böyük irəlləyiş var, işıqlar  sönmür. Neçə on illiklər idi rayon  rəhbərinin ayağı bizim kəndə dəymirdi.

    Ağsaqqal şurasının sədri Xudayar Fəttayev:

 -  Xoş gəlmisiniz, sizə böyük hörmətimiz var. Kəndimizin caamatı dindardır,əsasən maldarlıq və tərəvəzçiliklə məşğul olur. Kəndimizdə qaz yoxdur. Qazın çəkilməsinə köməklik göstərməyinizi  xahiş edirik.

    Fərasət  Mikayılov:

 -  Hörmətli başçı, siz rayonumuza rəhbər təyin olunduqdan sonra ucqar kəndlərimizdə, Masallının mərkəzində böyük tikinti abadlıq işləri aparılır, bu iı dayanmaq bilmir.Təsərrüfatçılığınıza, işgüzarlığınıza  bələdik.Bu da Sizin təcrübənizdən irəli gəlir, adamlar Sizə inanır. Hər gün eşidirk ki, müəyyən bir ərazidə, iş başındasınız. Kəndimizdən olan və vətən uğrunda canlarını qurban vermiş, üç  şəhid ailəsinə diqqətinizi  əsirgəmədiyinizə görə təşəkkürümüzü bildiririk.Xahiş edirəm gələcəkdə uşaq bağçası və həkim məntəqəsinin tikintisinə, içməli suyun verilməsinə də qayğı göstərəsiniz.

Sərçuvar inzibati ərazi dairəsi üzrə bu ilin altı ayı ərzində görülmüş işlər barədə də məlumat verilmişdir.Bilindi ki, Sirəbilə  2  kilometr  və  Sərçuvara död kilometr kəndlara yolları qrabillə təmir edilmiş, Sərçuvar kəndində qəbirstanlıq ərazisində abadlıq  tikinti işləri aparılaraq yeni talvar, hasar, abidə tikilərək yeni yol çəkilmiş və tam istifadəyə  verilmiş, Sirəbil kəndində Mir Kamal Ağa  ocağında təmir-tikinti işləri başa çatdırılmış, ətrafında yaşıl ağaclar yol boyu əkilmiş, Sərçuvar kəndində 2 klometr suaparıcı kanallar qazılaraq mal-qaranın suvarılması təmin edilmişdir, Sirəbil  kəndində  yerləşən  məsciddə  əsaslı  təmir  işlərinə başlanmışdır, Sirəbil və Sərçuvar kəndlərində 10 yararsız  elektrik  dirəkləri dəyişdirilmiş, hava xəttinə  toxunan  ağac  budaqları  kəsilmiş, Sirəbil  kəndində qəbirstanlıq ərazisində torpaqlama, hamarlama və giriş meydançasının düzəldilməsi işləri xeyriyyəçilər tərəfindən görülmüşdür.   

Görüş-qəbulun sonunda RHİ başçısı tövsiyyə və tapşırıqlarını verdi, dedi ki, burda qaldırılan məsələləri həll etməyə çalışacağıq.Verdiyiniz təkliflər və müraciətlər həllini tapacaq.İnkişaf birlikdədir.Kənddə bir-birinizlə mehriban olun. Ancaq çətinliklər ağsaqqal və ziyalı sözü bir olanda öz həllini tapır.Gələcək nəsilləri düşünmək lazımdır.Gənclərə, gəncliyə önəm verin... 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs