Əlaqə Arxiv
news Image
2012.07.09
17:30
| A A A
Bu gün internetiniz işləməsə təəccüblənməyin!
Bu gün internetiniz işləməsə təəccüblənməyin!

Movqe.az xəbər verir ki, Amerika, Avropa Birliyi ölkələri və Hindistan daxil olmaqla dünyada 300 mindən çox internet istifadəçisinin virusdan təsirləndiyi təxmin edilir. Təxminən 568 min kompüterə yoluxduğu aşkarlanan bu virusa qarşı tədbir götürmək üçün hərəkətə keçdiklərini yazan FBI səlahiyyətliləri, bu gün DNS serverlərini bağlayaraq virusun yayılmasının qarşısını almaq və internet şəbəkələrini təmizləmək məqsədilə bəzi işlər həyata keçirəcək. Antivirus proqramının qorumada təsirli olmadığını deyən səlahiyyətlilər, Mac kompüterlərin də risk altında olduğunu söyləyib

DNS parametrləri dəyişdirilməlidir

İlk dəfə 2011-ci ildə təsbit edilən virus, istifadəçisinin qarşısında saxta bir Windows ya da Mac OS X proqramı olaraq çıxır. Beləcə kompüterə saxta bir proqram olaraq yüklənilir.

Bu pis məqsədli proqram kompyuterlərdəki sistemi və kompyuteri istiqamətləndirən şəbəkələrin parametrlərini hiss etdirmədən dəyişdirir. Beləcə, virus istifadəçidən başqa internet saytlarına  da yönləndirilir. Mütəxəssislər, kompyuteri zərər görən istifadəçilərin DNS nizamlarını dəyişdirməsi lazım olduğunu söyləyir.

 İnternet istifadəçiləri, www.dns-ok.us saytından kompyuterlərinə virusa yoluxub yoluxmadığını aydınlaşdıra və virusdan qorunma yollarını öyrənə bilərlər. Sayta daxil olanda arxa planın qırmızı görünməsi kompyuterin virusdan təsirləndiyini göstərir. Yaşıl siqnallar yaxşı xəbədir, lakin  buna baxmayaraq kompüter risk altında ola bilər. www.dcwg.org saytından da məlumat almaq mümkündür. Saytda istifadəçinin əvvəl 'Detect'i sonra da' manually Checking if your DNS server have been Changed'i klikləmək lazımdır. Ardından sisteminiz üçün seçdiyinizi kliklədikdən sonra bələdçini addım-addım izləmək gərəkdir.

 Tural QABİLOĞLU  

Sizin Reklam Yeriniz