news Image
2014.07.25
10:41
| A A A
Bakıda tıxaca düşən hamilə qadın çətin anlar yaşadı
Qadın son anda xəstəxanaya çatdırılıb

Bakıda tıxacda qalan hamilə qadın çətin anlar yaşayıb. Bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayaılıb. Verilən məlumata görə, doğuş sancısı başlayan hamilə qadın "Koroğlu" metrosu yaxınlığında tıxacda qalıb. 


Təxminən 40 dəqiqə ərzində tıxacda qalan qadının doğuşu avtomobildə başlasa da son anda onu 7 saylı Doğum evinə çatdırmaq mümkün olub. 


7 saylı doğum evindən Anspress-ə verilən məlumata görə, tıxacda qalan hamilə qadın son anda xəstəxanaya çatdırılıb. Xəstəxananın baş həkimin sözlərinə görə, əgər qadın bir az da gec çatdırılsaydı faciə baş verə bilərdi.


Qadın uşağını sağlam şəkildə dünyaya gətirib. Həm ana, həm də körpənin vəziyyəti normaldır.

(Anspress)


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs