news Image
2014.07.25
10:45
| A A A
Bu dəfə İlisuda yanğın

24 iyul 2014-cü il tarixində axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo" ya daxil olan məlumata görə, dərhal əraziyə cəlb olunmuş  İlisu Dövlət Təbiət Qoruğunun və   Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən  Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində gecə saat 03:30  radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.


Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə  ziyan dəyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs