Əlaqə Arxiv
news Image
2014.07.25
11:48
| A A A
116 nəfərin həlak olduğu təyyarə tapıldı - FOTO

Əlcəzairin "Swiftair" aviaşirkətinin AH5017 reysi ilə Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindən Əlcəzairin paytaxtı Əlcəzairdəki "Huari Bumedin" hava limanına uçan MD-83 təyyarəsinin qalıqları tapılıb.


Təyyarə Əlcəzair-Mali sərhədi yaxınlığında qəzaya uğramışdı.


Malinin Milli Mülki Aviasiya Agentliyinin rəhbəri İssa Sali Mayqanın dediyinə görə, təyyarənin qalıqları aşkarlanıb.


NBC-nin məlumatına görə, təyyarə Malidə düşüb. Əlcəzairin baş naziri Əbdelmalek Sellalın dediyinə görə, təyyarə Malinin şərqindəki Qao bölgəsində, Əlcəzairlə sərhəddən 500 kilometr aralıda qəzaya uğrayıb.


Burkina-Fasonun nəqliyyat naziri Jan Berten Uedraoqo bildirib ki, həddən artıq çətin hava şəraitinə görə MD-83-ün pilotları təyyarə səmaya qalxandan 21 dəqiqə sonra marşrutu dəyişiblər.


Mali prezidenti İbrahim Bubakar Keyta isə deyib: "Təyyarənin qalıqları Aquelhok və Kidal şəhərləri arasında tapılıb".

 

Əlcəzairin "Air Algerie" aviaşirkətinin İspaniyanın "Swiftair" aviaşirkətindən icarəyə götürdüyü təyyarə uçuşdan 50 dəqiqə sonra radarlardan yoxa çıxmışdı. 2007-2009-cu illərdə bu təyyarədən İspaniyanın "Real" (Madrid) klubu istifadə etmişdi.


Təyyarənin 116 sərnişinin 51-i Fransa, 27-si Burkina-Faso, 8-i Livan, 6-sı Əlcəzair, 6-sı İspaniya, 5-i Kanada, 4-ü Almaniya, 2-si Lüksemburq vətəndaşları idi. Mali, Nigeriya, Misir, Rumıniya, İsveçrə, Ukrayna, Belçika və Kamerunun hərəsinin bir vətəndaşı sərnişinlər arasında idi.

 

Sizin Reklam Yeriniz