Əlaqə Arxiv
news Image
2014.07.25
12:44
| A A A
Bayramla əlaqədar Dəmir Yolları və Avtovağzal qrafikini dəyişir

Ramazan bayramı ilə əlaqədar bölgələrə gedən qatarlara əlavə vaqonların qoşulmasına başlanıb. Anspress-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən məlumat verilib.

Bildirilib ki, bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq üçün tədbirlər görülür.

İdarədən verilən məlumata görə, bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı artıb. 

Ən çox sərnişin sıxlığı qərb və cənub istiqamətində hərəkət edən qatarlarda müşahidə olunur.


Rayona gedən sərnişinlərin geri qayıtma vaxtları nəzərə alınaraq, bölgələrdən Bakıya gələn qatarlara da əlavə vaqonlar qoşululması gözlənilir.


Bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksidə qrafikdə dəyişiklik edib. Belə avtovağzal iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


Beynəlxalq Avtovağzal Kompleksindən bildiriblər ki, hazırda sərnişindaşımada intensivliyin artıb. Sərnişinlərin sayına görə, marşrutlara buraxılan avtobusların sayı artırılacaq. Belə ki, bayram günlərində isə avtobusların sayı 550-600-ə çatdırılacaq.


Qeyd edək ki, Avtovağzalda qiymət intizamına nəzarət komissiyası da yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər.


Sizin Reklam Yeriniz