Əlaqə Arxiv
news Image
2014.07.25
17:15
| A A A
Bakının məşhur məktəbi sökülür
20 saylı məktəbin yerində daha möhtəşəm məktəb-lisey binası tikiləcək

Yasamal rayonundakı 20 saylı məktəb-liseyin söküntüsünə başlanıb.


Anspress-in məlumatına görə, hazırda məktəbin ətrafı hasarlanıb və içəridəki əşyaların çıxarılmasına start verilib.


Həmçinin məktəbə söküntü işlərinin həyata keçirilməsi üçün əlavə texnikalar da gətirilib.


Söküntü işləri ilə maraqlanmaq üçün məktəbdə olduq. İşçilər söküntü porosesinə artıq bir neçə gün öncə başladıqlarını bildiriblər.


Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada həmin məktəbdə təhsil alan şagirdlərin aqibətinə də aydınlıq gətirilib: "Orada təhsil alan şagirdlər müvəqqəti olaraq başqa məktəblərə köçürüləcəklər".


Həmçinin nazirlikdən bildiriblər ki, sökülən məktəbin yerində müasir standartlara uyğun olan yeni məktəb-lisey binası tikiləcək.


Qeyd edək ki, adıçəkilən məktəb bir necə il öncə təmir edilmişdi.


Sizin Reklam Yeriniz