Əlaqə Arxiv
news Image
2014.07.26
12:10
| A A A
Ermənilər Ağdərədə yeni qızıl yatağının istismarına başladı
Ermənilər işğal olunan Ağdərə rayonunda yeni qızıl yatağının istismarına başlayıblar. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , "Beys Metals" erməni şirkəti tərəfindən aşkar olunan yeni yataq, Kəlbəcərin "heyvalı" yatağından 15 kilometr aralıda yerləşir. Yataqda emal olunacaq filiz qızıl və bundan daha çox mis-molibdenlə zəngindir.

Şirkətin verdiyi məlumata görə burada il ərzində 1 milyon 600 min ton filiz istehsal olunacaq. Bundan əlavə yataqda daha bir neçə on milyon ton filiz aşkarlanacağı güman edilir. Yatağın filizi 20-22% mis ekstratı təşkil edir. Hazırda "Heyvalı" yatağını istismar edən şirkətin min nəfər işçisi olduğu halda yeni yatağın istismara verilməsindən sonra bu rəqəm 1500 çatdırılacaq.

Qeyd edək ki, "Beys Metals" şirkətinin yaydığı məlumata əsasən, onlar qondarma respublikanın istehsal olunan sənaye məhsulunun 40% təmin edir.
Sizin Reklam Yeriniz