news Image
2014.07.26
13:21
| A A A
Ermənilər hücuma keçdi
Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb.

Movqe.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, iyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs