news Image
2014.07.26
14:00
| A A A
Ermənilərdən Ərdoğana dəstək
Türkiyədə yaşayan ermənilər ölkədə avqustun 10-da keçiriləcək prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bunu İstanbulda nəşr olunan "Jamanak" qəzetinin redaktoru Ara Qoçunyan araşdırmalarının nəticəsi olaraq bildirib.

"Türkiyədə 50-60 min erməni yaşayır. Təbii ki, onların hamısı birmənalı olaraq Ərdoğanı dəstəkləmir. Lakin böyük əksəriyyət baş naziri dəstəkləyir. Çünki son 10 ildə Türkiyədə milli azlıqların hüquqları ilə bağlı çox ciddi islahatlar həyata keçirilib. Ərdoğanın siyasəti nəticəsində Türkiyədə demokratiya, söz və ifadə azadlığı tamamilə bərpa olunub. Bunun faydasını erməni icması da gördü. Ona görə də ermənilər prezident seçkilərində baş nazirə səs verəcək", deyə Qoçunyan bildirib.

Qeyd edək ki, gələn ay Türkiyədə prezident seçkiləri keçiriləcək və xalq ilk dəfə öz dövlət başçısını seçəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs