news Image
2014.07.26
15:07
| A A A
Azərbaycanda erkən nikah quranların sayı ilbəil artır
Ailə qurmaq, nigah bağlamaq da Allahın buyurduğu bir işdir. Ailənin təməlini bir qadınla kişi qoyduğu kimi, onun gələcəyini, möhkəmliyini də bu iki şəxs təyin edir. Ancaq bəzən elə olur ki, ailə həyatı plansız qurulur.

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Sevdanı ərə verəndə 15 yaşı təzə tamam olmuşdu. Fikrində yalnız məktəbi qurtarmaq, tanıdığı qızlardan fərqli olaraq ali təhsil almaq, həyatda özünü təsdiq etmək idi. Amma bu arzuları ailəsinin təkidilə erkən yaşda nigaha daxil olandan sonra puç oldu.

Bu gün Sevda kimi erkən nigaha daxil olub, onun acı nəticələrilə yaşayanlar az deyil. Bu cür evliliklərin sonu nadir halda xoşbəxtliklə bitsə də çox vaxt tərəflərin boşanması ilə nəticələnir. Erkən yaşda qurulan ailələrin dağılma səbəbi kimi isə ətrafdakıların müdaxiləsi və biri -birini başa düşməyən tərəflərin xəyanətə meyilliliyi göstərilir.

Dində də qızların erkən yaşda ərə verilməsi birmənalı qarşılanmır. Mövcud dini qaydalara görə qız nigaha daxil olanadək təhsil almalı, ailə həyatına həm fiziki, həm də mənəvi hazır olmalıdır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlovanın fikrincə, erkən nigah qızlarda fizioloji, bioloji və psixoloji yöndən ciddi fəsadlar törədir. Bu cür halların qarşısını almaq üçün hazırda komitə tərəfindən xüsusi qanun toplusu hazırlanır.

Məsələ qanunvericiklə də tənzimlənə bilər. Məsələn, Milli Məclisin sosial siyasət komitəsi qızların ərə getmə yaşını 18-ə qaldırmağı təklif edir. Amma bu digər millət vəkilləri tərəfindən birmənalı qarşılanmır. Çünki ölkədə elə bölgələr var ki, bu qanun qüvvəyə minsə, orda etiraza səbəb ola bilər. Buna görə də hələlik komitə cəmiyyətin bütün təbəqələrinin, dövlət qurumlarının, QHT -lərin fikirlərini öyrənir. Yalnız bundan sonra qanunda hər hansı bir ciddi dəyişiklik edilə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs