Əlaqə Arxiv
news Image
2014.07.26
22:00
| A A A
Erməni əsgəri öldürüldü
Ermənistan Silahlı Qüvvələri bu gün səhər saatlarında itki verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verib.

Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində baş vermiş atışma zamanı bir erməni əsgəri ölüb, ikisi isə yaralanıb.

Ohanyan xəstəxanaya yerləşdirilən yaralı əsgərlərin vəziyyətinin ağır olduğunu deyib.

Xatırladaq ki, bu gücə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
Sizin Reklam Yeriniz