Əlaqə Arxiv
news Image
2014.07.27
15:15
| A A A
Tanınmış orqan ifaçısı Bakıya gəlir
Avqustun 4-də Niyazinin mənzil muzeyində tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq ilə görüş keçiriləcək.

Muzeydən bildiriblər ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan ifaçı bir çox nüfuzlu müsabiqələrin iştirakçısıdır.Movqe.az Azertac-a istinadən xəbər verir ki , sonralar Hollandiyada təhsil alan musiqiçi keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya və İngiltərədə, həmçinin ABŞ-da konsert proqramları ilə çıxış edib.

Cəmilə Cavadova-Spitsberq Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqan ifaçısıdır. O hazırda ABŞ-ın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərdəki Dövlət Universitetində professor-mühazirəçidir. Eyni zamanda, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.
Sizin Reklam Yeriniz