news Image
2014.07.28
22:01
| A A A
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

Movqe.az xəbər verir ki , Komissiyadan  verilən məlumata görə, TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib.

İmtahan nəticələri elə bu gün - iyulun 27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1014 nəfər namizəddən 37 nəfəri imtahana gəlməyib. 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs