Əlaqə Arxiv
news Image
2014.07.29
14:01
| A A A
Bakıda doğuşda ana öldü
Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib.
Movqe.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb.
Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən faktı təsdiqləyiblər.

Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.
Sizin Reklam Yeriniz