Əlaqə Arxiv
news Image
2014.07.29
15:00
| A A A
Pis qoxulu erməni məclisi
Müxalifətçi Ermənistan Milli Konqressinin parlament fraksiyasının katibi Aram Manukyan öz ölkəsini əcəb-sandala bənzədib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, badımcan, kartof, pomidor və s. tərəvəzlərin qarışığından hazırlanan bu yemək Ermənistanda da geniş yayılıb və Aram Manukyan bu bənzətməsini aşağıdakı sözlərlə izah edir: "Onu da çox bişirmək lazımdır ki, pis qoxular itsin. Bu yeməyi qəbul edən zaman mütləq araq içmək lazımdır ki, pis qoxuları neytrallaşdırsın", - deyə Manukyan vurğulayıb.

Manukyanın sözlərinə görə, 1999-cu ilə qədər Ermənistan parlamentinin deputatlarının çoxu ziyalılar olub. O, Azərbaycan oxucularının da yaxşı tanıdığı yazıçılar Hrant Matevosyan və Vardges Petrosyanı xatırladıb.

Manukyan, təbii ki, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş vermiş qırğını da xatırlayır. Onda prezident Robert Koçaryana yaxın olduğu bildirilən terrorçu parlamentə girərək spiker Karen Demirçyanı və baş nazir Vazgen Sarkisyanı öldürüb.

Hadisə zaman bütövlükdə 8 nəfər öldürüldü. Həmin vaxtdan Ermənistanda təcrübəli və ziyalı adamların parlamentdə təmsil olunması nadir hal sayılır.
Sizin Reklam Yeriniz