news Image
2014.07.29
14:09
| A A A
Suriyadakı azərbaycanlılardan xəbər var
Suriyada azərbaycanlıların üstünlük təşkil etdiyi "Kətibətül Mühacirin" qrupu dağılıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , qrup yenisi ilə əvəz edilib. Onun Hələb ətrafında yerləşən 3 müxalif qrupla birləşdiyi bildirilir.

"Fecr-ul Şam", "Şam-ul İslam" və "Kətibətul Hadra" və "Kətibətul Mühacirin"qrupları birləşərək "Ensarud Din Cəphəsi" adlı qruplaşmanı yaradıblar.

Qeyd edək ki, bir müddət bundan öncə Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi "Kətibətül Mühaciri"nin tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən "Əbu Yəhya" ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.

"Əbu Yəhya əl Azəri" Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində ağır yaralanıb. O, çox qan itirdiyi üçün keçinib. Həmin gün Hama şəhərinin Artma kəndindəki "Əbu Müslim" qəbristanlığında dəfn olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs