Əlaqə Arxiv
news Image
2014.07.29
16:14
| A A A
Azərbaycan-İran biznes forumu olacaq
Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , forumun avqustun 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilməsi planlaşdırlır.

Tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, İKT, konsaltinq və digər sektorlar təmsil ediləcək.

Forumda 50-yə yaxın İran şirkəti iştirak edəcək.

Biznes forumun 7 avqust tarixində saat 10:30-dan etibarən Bakı Biznes Mərkəzində olacaq.
Sizin Reklam Yeriniz