Əlaqə Arxiv
news Image
2014.07.29
18:08
| A A A
Üzüm bağı qonşunun güdazına getdi
Ötən gün Qax rayonunda üzüm bağı yanaraq məhv olub. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Azərbaycan küçəsində İlqar Məmmədova məxsus üzüm bağında baş verib.

Belə ki, axşam saatlarında adıçəkilən ünvanda yaşayan qonşunun həyətində yığılan ot tayasında yanğın olub. Havanın küləkli olması yanğını şiddətləndirib və alov qonşu həyətinə keçib. 

Yanğının getdikcə böyüməsi nəticəsində üzüm bağı tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə Qax rayon Yanğından Mühafizə hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 2 saata yaxın davam edən yanğın, yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Eyni zamanda yanğının yaxınlıqda olan bağlara keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz