news Image
2014.07.29
18:01
| A A A
Yunanlardan Qəzzaya böyük yardım
Yunanıstanda yardım məqsədilə təşkil edilən konsertdə Qəzza üçün xeyli dərman toplanılıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, paytaxt Afinanın Sintaqma meydanında keçirilən konsert məkanında Qəzzaya kömək məqsədli qoyulan masaya yunanların axını olub. Masa arxasında duran nümayəndələrə vətəndaşlar öz imkanları ilə satın aldıqları təxminən 30 min qutu dərman veriblər.

Yardım aksiyasında iştirak edən fələstinli Avad Xəlil yunanlara öz təşəkkürünü bildirib. O, həmçinin bu qədər kömək göstəriləcəyini gözləmədiyini də qeyd edib. Onlar hazırda dərmanların necə göndəriləcəyi barədə düşünürlər.

Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 1067-yə çatıb, çox sayda yaralı var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs