Əlaqə Arxiv
news Image
2012.04.08
11:29
| A A A
Ərdoğan Türkiyənin ilk elektrik avtomobilini sınaqdan keçirib
Ayın sonunda satışa çıxarılacaq elektrik avtomobillərin qiyməti 60 min TLdən (30.000 Azn, - red.) başlayır
Baş nazir Rəcəb Tayyib Ərdoğan "Oyak Renault"un Bursada istehsal etdiyi və ilk nüsxəsinin Nazirlər Kabinetinə (NK) hədiyyə edildiyi elektrik cərəyanı ilə işləyən "Fluence" avtomobili Dolmabahçedəki NK-nin bağçasında test edib. (Hurriyet)
Ərdoğanın istifadə etdiyi "06 BK 1010" nömrəli qara rəngli elektrik avtomobilə Elm, Sənaye və Texnologiya naziri Nihat Ergün, "OYAK Renault Avtomobil Fabrikləri" baş direktoru Tarık Tunalıoğlu və Renault Mais baş direktoru İbrahim Aybar da minib. Ərdoğanın avtomobillə bağlı ilk qiymətləndirməsi belə olub: "Həqiqətən çox səssizdir, nəzakətli bir vasitədir".
Ayın sonunda satışa çıxarılacaq elektrik avtomobillərin qiyməti 60 min TLdən (30.000 Azn, - red.) başlayır.
Sizin Reklam Yeriniz