Əlaqə Arxiv
news Image
2014.07.30
11:05
| A A A
Röya: "Gözəl deyiləm ..."
Hit mahnıları, geyimləri və şıltaq xasiyyəti ilə daim diqqət mərkəzində olan müğənni Röya Ayxan maraqlı açıqlama verib. Movqe.az məlumatına görə, sosial şəbəkənin aktiv istifadəçilərindən olan ifaçı İnstaqram səhifəsində biləyində göz muncuğu olan şəklini paylaşıb və gözəl olmadığını yazıb. Bundan əlavə olaraq o bəzi insanların bostanına daş da atıb və hər kəsin Ramazan bayramını təbrik edib:"Düzdür, gözəl deyiləm, amma gözəllər də yanımda görünmür... Özüm ölüm adım onların gözəlliyini ... bildiniz də nə? Göz dəyməsin, deyək... Ramazan bayramınız mübarək! Bir istəyim var. Allahım ən axmaq insanı belə nəzərindən çıxarmasın. Hər zaman ruzimiz bol, canımız sağ, dilimiz şirin olsun".
Sizin Reklam Yeriniz