news Image
2014.07.30
14:00
| A A A
Baş Prokurorluq Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır

Baş Prokurorluq Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı araşdırır. Respublika Baş Prokurorluğundan Trend-ə L.Yunusun saxlanılması ilə bağlı yayılan məlumatı nə təsdiq, nə də təkzib ediblər. Prokurorluqdan onlarda bu barədə dəqiq məlumatın olmadığı bildirilib. Qeyd edilib ki, məsələ araşdırılır, yayılan məlumat təsdiqini tapsa, ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, L.Yunus və həyat yoldaşı Arif Yunusov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar. Baş Prokurorluq bəyan etmişdi ki, L.Yunus və əri A.Yunusov istintaqa gəlməyəcəkləri tədqirdə, barələrində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs