news Image
2014.07.30
12:00
| A A A
"Dövlətimizin inkişafi və təhlükəsizliyinin təmin olunması İlham Əliyevin nailiyyətidir"

"Birmənalı dövlətimizin inkişafi və təhlükəsizliyinin təmin olunması güclü Lidermiz - Dövlət başçısı İlham Əliyevin nailiyyətidir. Dünən dogma Azərbaycanımızın inkisafinı inkar edənlər, bu gun bunu etiraf etməyə məcburdurlar".



Azərbaycan Respublikasının Rusiyadakı səfirinin müavini Qüdsi  Osmanov öz "facebook" səhifəsində yazır ki,    b u gun "Vesti.az" saytinda "ГЛАВРЕД КАНАЛА РБК В ПРЯМОМ ЭФИРЕ ОСКОРБИЛ ЗРИТЕЛЕЙ И ЗАМГЛАВЫ АДМИНИСТРАЦИИ ПРЕЗИДЕНТА АЗЕРБАЙДЖАНА" adlı məqaləyə rast gəldim. Bir necə gündür ki, bu movzunu hər iki olkənin mediasinda izləyirəm. Birinci, demək istəyirəm ki, Rusiyanın nufuzlu kanallarndan biri olan RBK-da Azərbaycana qarşı belə bir təxribatin yayımlanması yolverilmezdir. Bu kanalda separatçı rejiminin numayəndələrinə söz vermək belə düzgün deyil və kanalin buraxdiği ciddi səhvdir . İqtisadiyyat siyasətin bir hissəsidir və nə fərgi var - istər iqtisadiyyat, istər mədəniyyət, istər də təhsil - sonda bu hamısı separatçi rejimin fəaliyyətindən behs edir. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə Andrey Reutun qeyd etdiyi kimi veriliş ilə baglı replika yox, bizim bu verilişə və kanalin buraxdığı səhvə movqe bildirib. Əslində replika ilə bizim yuksək səviyyəli məmur deyil, kanalin numayəndələri çıxış edirlər. 


"Vladimir Jirinovskinin isə RBK-nin verlisindən sonra "Rossiya - 24" kanalında Azərbaycan və Rusiya-Azərbaycan munasibətləri barədə bildirdiyi fikirleri RBK-nin səhvini düzəltmək üçün Rusiya tərəfinin movqeyini göstərir. Bu dəfə ona halaldır. Şubhəsizdir ki, Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi - Azərbaycan regionda lider dövlətdir və bütün sahələrdə inkisaf edir, dunya dovlətlərinin bizimlə əməkdaslıq maragı günden - günə artir. Birmənalı dövlətimizin inkişafi və təhlükəsizliyinin təmin olunması güclü Lidermiz - Dövlət başçısı İlham Əliyevin nailiyyətidir. Dünən dogma Azerbaycanımızın inkisafinı inkar edənlər, bu gun bunu etiraf etmeye məcburdurlar. Düsünürəm ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bizim movqemizi bildirməsə idi, Vladimir Jirinovski də "Rossiya -24" kanalında bu mövqedən cixiş etməzdi" - deyə Qüdsi  Osmanov bildirib.


Azərbaycan Respublikasının Rusiyadakı səfirinin müavini daha sonra fikrini belə yekunlaşdırır:

 

"Azərbaycan Rusiya ilə hər zaman munasibətlərində açıq ve isti siyasət aparir. Bu gun Rusiya üçün də bu munasibətlər çox aktualdir. Hesab edirəm ki, həm azərbaycan media numayəndələri, həm də rusiya media numayəndələri munasibətlərin qorunub saxlanılması üçün sərh və yazılarında ehtiyatlı olmalıdırlar. Cunki, bizim munasibətlərin əks marağında olanları da çoxdur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs