news Image
2014.07.30
17:02
| A A A
19 ədliyyə əməkdaşı işdən çıxarılıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müşavirəsi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.


Müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub.


Müşavirəyə yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar vermiş, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs