Əlaqə Arxiv
news Image
2014.07.30
19:23
| A A A
Azərbaycanda son 5 günün "yol terroru"nun acı fəsadları: 18 ölü, 27 yaralı

Son 5 gün ərzində Azərbaycan ərazisində 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 18 nəfər ölüb, 27 nəfər nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 25-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

İyulun 26-da ölkədə 2 yol qəzası baş verib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb. İyulun 27-də isə baş verən 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Müqəddəs Ramazan bayramının qeyd edildiyi bazar ertəsi və çərşənbə axşamı günləri də ağır yol qəzaları qeydə alınıb. Belə ki, iyulun 28-də yollarda 6 qəza qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İyulun 29-da isə respublikada 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Sizin Reklam Yeriniz