news Image
2014.07.31
10:18
| A A A
Maştağada naməlum kişi meyidi tapılıb

Bakının Sabunçu rayonunda naməlum kişi meyidi tapılıb. Sabunçu rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, meyidi saat 01:25-də Maştağa qəsəbəsində sakinlər tapıb.


Meyidi müayinə edən zaman, onun üzərində əzilmə və kəllə-beyin travması müşahidə olunub. Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxsi maşın vurub. 


Sakinlərin sözlərinə görə, meyidi yol kənarında görüblər. Onun üzərində heç bir şəxsiyyəti müəyyən edən sənəd tapılmayıb. Bu səbəbdən hələlik onun şəxsiyyəti naməlum olaraq qalıb.


Polis meyidin kimliyini araşdırır. Həmçinin piyadanı vuran şəxsi müəyyən etmək üçün əməliyyat qrupu hazırlanıb.


Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs