news Image
2014.07.31
14:00
| A A A
Bakıya kondisionerli avtobuslar gətiriləcək (VİDEO)
Sərnişin avtobuslarında kondisionerlərə tələbat var. Yay fəslində paytaxtdakı sərnişin avtobuslarından istifadə sanki insanı mənzil başına çatdırmaqla yanaşı həm də onlara havanın hərarətini iki qat hiss etməyə kömək olur. Avtobusda kondisionerlərin mövcud olmaması günün çox hissəsini sükan arxasında keçirən sürücülərin də işini çətinləşdirir. Deyirlər nə yaxşı ki, Bakı küləklər şəhəridir, əks halda avtobusda dayanacaqda ürəyi dayanan sərnişinlər olar. Sürücülərlə söhbətdə onların da avtobuslarda kondisionerlərin quraşdırılmasının tərəfdarı olduqlarını öyrəndik. Amma bildirdilər ki, bu da hər beş dəqiqədən bir dayanacaqda dayanaraq qapılarını açıb sərnişin mindirib, düşürən avtobusu çətin ki, normal soyuda bilsin. Sərnişinlər də havalanmış salonda mənzil başına çatmaq istəyirlər.
Bir çox ölkələrdə məsələn, qonşu Türkiyədə kondisionerli avtobuslardan istifadə olunmaqdadır. Burada avtobus qısa və ya böyük məsafəni qət etməsindən asılı olmayaraq soyutma sistemi hər birində mövcuddur.  Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Nəsənov isə belə bir xidmətin bizim avtobuslarda da tətbiqinin mümkün olmadığını bildirdi. O, 2015-ci il yay Olimpiya oyunları ilə əlaqədar paytaxta gətiriləcək yeni avtobuslarda bu sistemin işləyəcəyini və bundan başqa heç bir köhnə avtobusa kondisionerin quraşdırılmayacağını dedi. Bir sözlə yeni avtobusa əyləşən sərnişinin bəxti gətirdi. Bu avtobuslar həm rahat, həm də bayırdakı günün istisini hiss etmədən mənzil başına çatmaq şansı qazanır. Qazanan həm də paytaxt küçələri olacaq. Nə də olsa, rahat sərnişindaşıma xidməti özü inkişafdan xəbər verir. Digər avtobusların da yeniləri əvəz edilib-edilməyəcəyini artıq zaman göstərəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs