news Image
2014.07.31
16:20
| A A A
İxtisas seçiminin vaxtı uzadıldı

Azərbaycanda rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a verilən məlumata görə, tezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti 4 avqust 2014-cü il saat 09:00-a qədər uzadılıb. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. Qeyd edək ki, TQDK iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. İmtahan nəticələri elə həmin gün - iyulun 27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.  Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1014 nəfər namizəddən 37 nəfəri imtahana gəlməyib. 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub. Xatırladaq ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bundan əvvəl iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılmalı idi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs