news Image
2012.07.09
19:30
| A A A
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçiriləcək seçmə turlara həsr edilmiş iclas olmuşdur

İyulun 9-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçiriləcək qabiliyyət imtahanlarına,  ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə keçiriləcək seçmə turlara hazırlıq işləri çərçivəsində iclas keçirilmişdir. 

İclasda Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin  müdiri A. Batıyeva, Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, TQDK-nın Naxçıvan MR, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrinin  əməkdaşları iştirak etmişlər. 

Regional bölmələrin nümayəndələrinin qabiliyyət imtahanları və seçmə turlara hazırlığın vəziyyəti barədə məlumatları dinlənilmişdir. Müzakirələrdən sonra qərara alınmışdır ki, ümumi orta təhsil bazasında (9-illik) orta ixtisas təhsili müəssisələrinə seçmə turlara qeydiyyat Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağdam rayon Quzanlı qəsəbəsi ilə bərabər, bu il daha 3 rayonda da təşkil edilsin. Belə ki, bu il ŞəmkirBiləsuvar və Zaqatala şəhərlərində ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turlara qeydiyyatın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Yeni yaranan Seçmə Tura Qeydiyyat Komissiyalarının işinin təşkil edilməsi ilə bağlı Gəncə, Lənkəran və Şəki regional bölmələrinə tapşırıqlar verilmişdir.   

E.F.N

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs