Əlaqə Arxiv
news Image
2012.07.10
13:28
| A A A
Səudiyyə Ərəbistanda etiraz nəticəsində ölənlər var

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Səudiyyə ərəbistanıda Şiə din xadimi Şeyx əl-Nimrin həbs olunmasına qarşı etiraz nümayişlərinin təşkil olunduğu Avamiya bölgəsində çıxan hadisələr nəticəsində iki adam həlak olub.Ölən şəxslərin son anları video qeydlərinə əks olunub. Kütlənin içində qan içində əldən ələ daşınan iki nümayişçinin ölüm səbəbi ilə bağlı hələ dəqiq bir məlumat verilməyib. Ancaq, təhlükəsizlik güclərinin etirazçılara hər hansı bir müdaxilə edilmədiyi bildirilib.

Radikal meylli Şeyx əl-Nimr, bazar günü təhlükəsizlik qüvvələri ilə yaşanan bir silahlı qarşıdurma və qəzayla nəticələnən avtomobil izlənməsi sonrası həbs olunub. Əl-Nimrin qəzada ayağından yaralandığı bildirilib.



Sizin Reklam Yeriniz